Heyvanlara ədalət axtarışında

Müəllif: Pərviz Məcidov


27 yaşlı Həvva Rüstəmli Azərbaycanda heyvan hüquqlarının keşiyində duran fəallardandır. İxtisasca dizayner olan Həvva bacısı Nailə ilə birlikdə indiyədək Xaçmazda tərk edilmiş, ac və şikəst yüzlərlə heyvanın həyatını təkbaşına xilas edib.

Üç ildir ki, Həvva və bacısı küçə itlərinə yuva qurublar. Lakin onların mübarizəsi asan deyil. Heyvanlardan sui-istifadə hallarına qarşı səslərini ucaldan insanların sayı əvvəlki illərlə müqayisədə artsa da, bacıların itlərə sığınacaq açmasına xeyli əngəl törədənlər daha çoxdur.

Bir neçə dəfə onların açdığı sığınacaqdakı heyvanları zəhərləmək üçün cəhdlər olub, 11 it zəhərdən ölüb. Tez-tez yer dəyişmək məcburiyyətində qalan Rüstəmli bacıları indi köhnə bir fermanı kirayə götürüb 100-ə yaxın itin sığınacağına çeviriblər, heyvansevərlərin köməyi ilə çətinliklə də olsa, itləri zorakılıqdan və aclıqdan qorumağa çalışırlar.


buraxılış

Etiraz

DONASI

əsas
Chai-khana Survay