Bir ata haqqında

Müəllif: Toğrul Musa , Nurlan Həsənli



Bakıda toylarda ifa edərək gəlir əldə edən gitarist Məmməd bir gün qəfildən xəbər tutur ki, işsiz qalıb. Belə ki, koronavirusun yayılmasının qarşısını almaq üçün Azərbaycanda qoyulan məhdudiyyətlər ilk olaraq toyların dayanmağına səbəb olub.

Məmməd işinə görə ailəsi ilə çox vaxt keçirə bilməyən bir valideyndir. İndi isə vəziyyət başqadır: pandemiya hamını bir damın altına yığıb deyə, o da evdə qalmaq məcburiyyətindədir. İçinə düşdüyü şərtlər isə ona valideyn olaraq rolunu yenidən kəşf etməyə sövq edir. Məmməd ailəsi ilə yenidən tanış olmağa başlayır.


buraxılış

Təcrid

DONASI

əsas
Chai-khana Survay