perfect past future

Müəllif: İlkin Hüseynov


Karantin başlayanda üç pişiklə evdə tək qalmışdım. Pişiklərdən biri - Simona hamiləliyinin son günlərini yaşayırdı. Həyat yoldaşım uzaqda olduğu üçün - Covid-19 səyahət qadağası səbəbiylə Hollandiyada qaldı - balaca pişik balalarının dünyaya gəldiyi gözəl anı qaçırmış olacaqdı.

Odur ki, Simona doğmağa hazır olduqda ona rahat bir yer düzəltdim və həyat yoldaşıma o sehrli dəqiqələri çəkib yollamaq üçün əl kameramı hazırladım.

Doğuş vaxtı çəkilişi necə yaradıcı şəkildə etmək barədə götür-qoy etdim; ümumiyyətlə, uzaqda dayanıb görüntünü yaxınlaşdırmaqdansa, çəkdiyim obyektlərə mümkün qədər yaxında dayanmağı daha çox sevirəm. Bu dəfə də belə etdim.

Virusla əlaqədar evə qapandıqdan sonra ətrafımı müşahidə etməyin yeni yollarını axtarmalı oldum. Başa düşdüm ki, hansısa detallara yaxından, diqqətlə nəzər yetirmək gündəlik həyatımızı fərqli şəkildə yaşamağa imkanlar yaradır. Məsələn, əşyalara normaldan daha yaxın şəkildə baxdıqda təkcə görüntüyə deyil, səsə də diqqəti cəmləşdirirsən. 

Filmə musiqi hazırlamaq üçün “Musique concrète”in verdiyi ilham sayəsində əvvəlcə evimin yan-yörəsindən gələn səsləri mini-kasetə qeydə aldım. Daha sonra təsadüfi modulyasiya və qranulyar sintez istifadə edərək səslər üzərində işlədim.

buraxılış

Təcrid

DONASI

əsas
Chai-khana Survay