Anamla dəqiqələr

Müəllif: Sənan Səfərov


70 yaşlı Ruhəngiz 20 yaşlarında işə başladığı vaxtdan 2014-cü ilə qədər - döş xərçəngi olduğunu öyrənənədək aktiv həyat tərzi keçirib. Xəstəlik səbəbilə artıq əmək qabiliyyətini itirib və evdə qalmağa məcbur olub.

Koronavirus pandemiyasına görə yaşlıların evdən küçəyə çıxması qadağan ediləndə Ruhəngiz yeni bir tənhalıq dalğası ilə üz-üzə qaldı. Qəfil gələn bu təcrid xəbəri ona yaşadığı travmaları və həyata keçməyən arzularını xatırlatdı. 

Buna baxmayaraq, Ruhəngiz ümidini itirmir və çiçəklərinə su verməyi heç vaxt unutmur.


buraxılış

Təcrid

DONASI

əsas
Chai-khana Survay