Qadın olmaq: əvvəl və indi

Müəllif: Şərəf Nağıyeva


Uşaq olanda ananızın paltarlarını və dodaq boyalarını istifadə etməyinizi xatırlayırsınız?

Bu layihədə gənc qadınlardan bir daha həmin paltarları geyinmələrini istədik. Onlardan xahiş etdik ki, analarına və nənələrinə məxsus geyimlərdə elə bir təcrübə keçirsinlər ki, əvvəlki nəsillər kimi yaşamağın necə olduğunu az da olsa hiss etsinlər. Gənc qadınlar paltar seçimini anaları və nənələri ilə birlikdə etdilər. 

Biri 40 il əvvəl tikilmiş anasının gəlinlik paltarını seçdi. 

Digəri bu günə qədər qalan yeganə paltarı geyindi: illər boyu diqqətlə qorunan sevimli və uğurlu paltarı. 

Gənc qadınlar ana və nənələrinin üslubunu nümayiş edən paltarları fiziki olaraq geyindikləri zaman yaşlı qadınlar son onilliklərdə Azərbaycanda qadınlara olan münasibətin necə dəyişdiyini müzakirə etdilər.


21 yaşlı Kristina anasının paltarında.

Yelena Piedra-Sobolevskaya: "Mənim 60 yaşım var, filoloqam. Şalvar geyinən qadına tüpürüldüyü, maşın sürən qadının yolunun kəsildiyi və təhqir edildiyi, orduda xidmət edən qadının fahişə hesab edildiyi bir dövrü yaşamışam. İndi çox şey dəyişib, qadın istədiyi şeyi sərbəst geyinə bilər, istədiyi yerdə gəzə və istədiyini edə bilər. Zəmanə çox dəyişib”.

Kristina və Yelena bətndə ana və uşağı birləşdirən göbək bağının rəmzi Mikelancelonun məşhur "Adəmin yaradılışı" əsərini canlandırırlar.

Kristina divara yapışdırdığı "Hər şey təcrübədir" sitatının yanında poza verir. Sitat ona hər şeyin bir səbəblə baş verdiyini xatırladır - ən azı o, bundan nəsə öyrənir.

İndi əksər evlərdə nadir rast gəlinən divar təqviminin əvvəllər ciddi əhəmiyyəti vardı. Təqvimlər yeni il öncəsi məşhur idi və tez-tez rəngarəng reklamlar və ya xarici yerlərin fotoşəkilləri ilə bəzədilirdi.


17 yaşlı Leyla anasının paltarında.

Sevda Ağayeva: “Mənim 57 yaşım var, mühəndisəm. Qadına münasibət yaşadığınız yerdən asılıdır. Mən Primorskda müxtəliflik olan bir məhəllədə yaşamışam və cinsiyyətimə qarşı hörmətsiz münasibətlə qarşılaşmamışam. Sankt-Peterburqda mühəndislik təhsili aldım, sonra Bakıya qayıtdım, amma daha sonra qəribə və xaotik dövr başladı - 1990-cı illər. Məncə, bu gün qadın kişidən daha çox asılıdır. Bir şeyə nail olsa belə, bu, əsasən kişinin dəstəyinə görədir".

Leylanın xatirə rəfi. Onun uşaqlıq şəkli və anasının 1980-ci ildə Sankt-Peterburqdan gətirdiyi fotoalbom.

Sevda 17 yaşında - hazırda qızı Leyla ilə eyni yaşda olduğu fotosu.

"Bu il yerdəki xalçanın 40 yaşı tamam oldu", deyir Sevda.


26 yaşlı Diana nənəsinin paltarında.

Lidiya Katraxova: “Mənim 72 yaşım var, fortepiano müəlliməsiyəm. Məncə, qadınlara münasibət pisləşib. Əvvəl qadın, həqiqətən, qiymətli bir şey idi, amma indi heç kim ona əhəmiyyət vermir. Bütün bu yeni feminist şeylər... İndilərdə insanlar özlərinə inanmırlar və çox kövrəkdirlər. Məsələn, mən əliləm, evli olmamışdan əvvəl avtomobil qəzasında ayağımı itirdim, amma sevgilim yenə də mənimlə evləndi və xoşbəxt bir həyat yaşadım". Lidiya qeyd edir ki, bu gün bu cür hekayələr nadirdir, çünki belə görünür ki, gənclər asanlıqla bir-birilərindən imtina edirlər.


“Nənəm atlet olub. Bu gün mən Sumqayıtda həmin stadionda məşq etdim” - deyə, Diana 1950-ci illərdə atletika çempionatında yarışan nənəsinin şəklinə baxır.

Diana "açmaq olmaz" yazılan pəncərənin yanında nənəsinin köhnə şəkillərinə baxır.

Diana nənəsinin kəlağayısıyla selfi çəkir.


19 yaşlı Nərgiz anasının paltarında.

Aidə Əliyeva: “Mənim 54 yaşım var, proqramçıyam. Yadımdadır, bir vaxtlar şalvar geyinən qadınlar qeyri-adi görünürdü və buna görə mühakimə olunurdular. Qadın cinsiyyətinə görə karyerasında irəliləyə bilmirdi. İndi daha asandır, indi qadınlar özlərini reallaşdıra bilirlər. Bir qadına özündən başqa heç kim “Yadında saxla, sən qadınsan, onu və ya bunu edə bilməzsən!” deməklə onu dayandıra bilməz".

Nərgizin otağının divarları rəsmlər, valideynlərinin fotoşəkli və xatirələrlə örtülüb.


Nərgizin otağında divarlar rəsmlər, valideynlərinin fotoşəkli və xatirələrlə örtülüdür.

"Bu eskizi anamın uşaqlıqda çəkdiyi bir rəsm üzərində etmişəm. O rəsmə heyran qalmışdım, kiminsə bu qədər gözəl çəkə biləcəyini başa düşə bilmirdim”, deyir Nərgiz.

Nərgiz sürətlə dəyişən Bakının köhnə fotoşəkilləri olan kitabı vərəqləyir, gənc nəsil öz uşaqlığının şəhərini tanıya bilmir, valideynləri üçün isə bu daha da çətindir.

Nərgiz məni yola salmağa çıxanda anasının köhnə paltarında idi. Yoldan keçən insanlar onun geyiminə baxırdılar. Bu, mənim Azərbaycanda insanların hələ də görünüşə görə başqalarına qiymət verdikləri təəssüratımı daha da gücləndirdi.

buraxılış

Keçid

DONASI

əsas
Chai-khana Survay