Su üçün gəzinti
Məsuliyyətdən imtina
Baxışlar: 1103
Dillər: 

Enerji ehtiyatları ilə zəngin Azərbaycan deyir ki, təhlükəsiz içməli suya çıxışın təmin edilməsi üçün işlər görür. Beynəlxalq təşkilatlar ölkənin bu istiqamətdə "əhəmiyyətli irəliləyiş" əldə etdiyini hesab edir.

Amma Çələbilər kimi bəzi kəndlərdə təmiz su sakinlər üçün hələ də əlçatan deyil.

Paytaxt Bakının təxminən 322 kilometr qərbində, mərkəzi Azərbaycanda yerləşən Çələbilər kəndində əsas qazanc mənbəyi taxılçılıq, pambıqçılıq və heyvandarlıqdır. Bu səbəbdən burada daha çox suya ehtiyac var.

Elə buranın insanları da suya möhtacdır. Çələbilər kəndinin 170 yaşayış məskənindən yalnız 30-u arteizan quyusundan su əldə edə bilirlər.

Kişilər su daşımağı “düzgün” hesab etmədiyinə görə, bu işlə qadınlar məşğul olur.

Kənd qadınlarının quyuya çatması, su vedrələrini doldurması və evə qayıtması üçün 2 saat vaxt lazım olur. Bu hava şəraitinə, mövsümə baxmır və gündəlik edilməli olan işdir.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları