Toy və Yas Mərasimləri Biznesə Çevrilib
Baxışlar: 1623
Dillər: 

Belə insanlardan biri də Cümşüd İsmiyevdir. O qızına toy etmək üçün Dekabrın 2015, bankdan $12.000 məbləğində kredit pul götürüb. Borcunu ödəyə bilməyən Cümşüd Ismiyevin ən çətin günləri bundan sonra başlayıb.

“Bir qızım, bir oğlum var. Atanın arzusudur ki, övladlarının toyunu görsün. Devalivasiyadan sonra işsiz qaldım. Qızımın toyunu etmək və cehizlərindən çatışmayanı almaq üçün $ 12.000  bankdan kredit götürdüm. Məcbur oldum maşınımı satdım. Taksi kimi sürürdüm maşını indi o da əldən getdi. Heç bilmirəm bundan sonra nə yeyib içəcik”.

Devalivasiyadan sonra işsiz qalan Cümşüd İsmiyev deyir ki, onun başqa çıxış yolu olmayıb.

 

“Nə edə bilərdim?! Oğlan evinin yanında boynu bükük qalmaq olmazdı. Camaat deməzmi ki, bir qızına toy edə bilmir. İndi qəbul etsək də, etməsək də bu el adətidir. Gözəl adətdir ancaq pulu olan üçün”.

 

 

Cavid Salmanov, Bakida yerləşən “Sevinc” şadlıq sarayının menejeri bildirdil ki, manat devalivasiyaya uğrayandan sonra toylar kəskin şəkildə azalıb. Buna səbəb isə şadlıq saraylarının menyuların qiymətlərini bir neçə manat artırmasıdır.

“ Hal-hazırda hər bir məhsulun qiyməti qalxdığı üçün məcburi olaraq menyunun da qiymətləri qalxır və bu da camaatın toy mərasimini keçirmək qabiliyyətini aşağı salır”.

O deyir ki, şadlıq sarayları əsasən 3 kateqoriyaya bölünür: aşağı, orta və yuxarı təbəqə. Aşağı təbəqə üçün menyuların qiyməti 18-28 manat, orta təbəqə üçün 32-50 manat, yuxarı təbəqə üçün isə 50 manatdan çox olur”.

 

Bakida yerləşən Mona Liza Şadlıq sarayından isə bildirdilər ki, onlar adətən əhali üçün bahalı xidmətlər təklif edirlər. Devalivasiyadan əziyyət çəkənlər isə əsasən aşağı və orta təbəqədir. Onlar da adətən ucuz şənlik evlərinə müraciət edirlər.

“Biz də menyu çox zəngindir. Ona görə də baha qiymətə təklif olunur. B.Hətta onlar menyudan əlavə xidmətlərdən: zər və şar yağışı, atəşfəşanlıq, gəlin maşını sifariş edirlər.”.

 

Bakida yaşayan 29 yaşlı Kəmalə Haqverdiyeva və 31 yaşlı Rüfət  Mahmudov toy etməyə hazırlaşan bir çox cütlükdən sadəcə biridir. Hal-hazırda toy hazırlığı ərəfəsində olan bu cütlüyü narahat edən bir çox problemlər var. Kəmalə xanım deyir ki, ailəsi onun toyunu edə bilmək üçün qohumlarıdan borc pul götürməli olub.

“Ailəm borc pul götürdü ki, mənə cehiz alsın. Özüm də işləyirəm ancaq müəllim maaşı ilə nə etmək olar?!( AZN 300). Əslində nişanlımla qərar vermişdik ki, dostların əhatəsində kiçik bir nigah mərasimi keçirək. Bu həm maddi, həm də mənəvi bizə daha yaxşı təsir edərdi. Ancaq hamı işimizə qarışdı, dedilər ki, el nə deyər?!”

 

Rüfət Mahmudov isə gənclərin belə israfçılığa yol vermək əvəzinə gələcəyini düşünməsini daha məqsədəuyğun hesab edir. O deyir ki, bu xərclər ailələr arasında da nifaq salır.

 

“Biz istəmirdik bu cür dəbdəbəli toy edək. Bura sərf etdiyimiz pulu səyahət edə və ya özümüzə lazımlı bir əşya ala bilərdik. Ailələr isə razılaşmaq istəmirlər. Qonşudan geri qalma prinsipinə görə bizə özləri də bilmədən ziyan vururlar. Buna görə də evdən söz-söhbət kəsilmir”.

 

 

Nisbətən ucuz restoranlarda toy edənlər 200 nəfərlik zal üçün orta hesabla AZN 2000, bahalı restoranlara üz tutanlar isə 200 nəfərlik zal üçün təxminən AZN 20.000 xərcləməli olur.


 

 

Gəlin donu (100 -10.000 manat),

Gəlinin saç bəzəyi (300 manatadək, şəhər kənarlarındakı salonlarda 50-100 manat),

Gəlinin buketi (30-100 manat),

Gəlin maşını (50-150 manat),

Gəlin-bəy üçün şəkil albomu (70 - 500 azn arasında)

Beləliklə, bir günlük toy üçün toy sahibi 5.000-30.000 arasında pul ödəməli olur.

Təbii ki, cehiz, ev, nişan, qızıl xərcləri bu qiymətə daxil deyil.

 


 

Dəbdəbəli Yas Mərasimləri

Toy mərasimləri kimi yas mərasimlərinin keçirilməsi də Azərbaycan xalqı üçün baha başa gəlir. Yemək süfrəsi, Qəbir daşı, yas mərasiminin təşkil olunmasına kifayət qədər böyük məbləğdə vəsait xərclənir.

Bu mərasimin keçirilməsi üçün də əhali bəzi hallarda borc alır və ya bankdan kredit götürür. El arasında belə bir məsəl də yayılıb ki: “Ölən öldü vay qalanın halına”.

Flora Ələsgərova isə Bakı sakinidir. Qaynanasının yas mərasiminə görə 5000 $ məbləğində kredit götürdüklərinə görə ziyana düşdüklərini deyən müsahibimiz hələ də bu borcu ödəyə bilmədiklərini ifadə etdi.

“Bu pulu götürəndə dollarla götürdüyümüz üçün də lap ziyan etdik. Dollar bahalaşıb indi pulu ödəyə bilmirik”.

Flora xanım deyir ki, həyat yoldaşı cəmiyyətin qınağından qorxduğu üçün bu borcu götürməli olub.

 

Sadə və VİP çadır biznesi.

 

Azərbaycanda orta və aşağı təbəqə üçün nəzərdə tutulan ekonom-klass çadırların gündəlik kirayə haqqı isə 300-1000 azn arasında dəyişir. Daha kasıb təbəqə üçün 200-250 manatlıq  çadırlar da var.

Eltun Allahverdiyev VİP çadırların kirayəsi ilə məşğul olan sahibkardır. O deyir ki, belə çadırları daha çox zəngin adamlar sifariş edir. Çadırların içərisində hər cür komfort nəzərə alınıb.

“Çadırlara ən azı 8-9 ədəd kondisioner qoyulur. VİP çadırların zahiri və daxili görünüşü, döşəmə və tavan örtüyü, pərdələr, stol və stullar müasir dizayna uyğundur. Xidmət personalı xüsusi uniformada olur.Çadrılarda hətta qadınlar və kişilər üçün xüsusi biotualetlər də var”.

Eltun Allahverdiyevin sözlərinə görə mərasim sahiblərinə çadırdan əlavə xüsusi xidmətlər də təklif olunur.

 

“İstəyən şəxslər üçün çayçı, aşbaz, qabyuyan və ofisiant da təklif edirik. Bunun üçün əlavə məbləğ tələb olunur. Hər qiymətə uyğun menyumuz var. Bundan əlavə tabutun daşınması üçün də adi və ya VİP maşınlar təklif edirik”.



“Günü 2000-3000 AZN də olan VİP çadırlar var. Biz də isə çadırların qiyməti 900-2000 manat arasında dəyişir. Ehsan süfrəsi üçün menyudan asılı olaraq 200 nəfərlik adam üçün təxminən adambaşı 15-20 manat tələb olunur. qabyuyanın 1 günü üçün 70-150, çayçıya isə 50-100 azn arasında pul ödəyirik. Tabut daşıyan maşınların qiyməti isə günü 120-180 azndir”.

 

Bütün bu xərcləri və əlavə olaraq qəbirin baş daşları (1300-2500 azn), ölünün yuyulması (təxminən 50 azn), molla (50-150 azn) üçün ödənilən vəsaiti nəzərə alsaq Azərbaycanda hüzür sahibi 5000-6000 məbləğində pul xərcləməlidir. Burada sadaladığımız və sadalamadığımız bütün növ xidmətlər üçün hətta 10.000-dən çox pul xərcləyənlər də olur.

 


 

Əhali qadağalara uymaq istəmir

Bir müddət öncə yas mərasimlərinin keçirilməsinə dövlət tərəfindən nəzarət olunsa da məsələ öz həllini tapmadı. Mərasimlərdə israfçılığa yol verilməsi mətbuatda və ictimaiyyət içərisində uzun müddət tənqid olundu. Lakin, görünür əhali bu adətdən əl çəkmək istəmir.

Kəmalə Bayramova deyir ki, həyat yoldaşı üçün həm Bakıda həm də Gəncə şəhərində yas mərasimi keçirib. Gəncədə onların çadır qurmasına mane olublar. Buna görə də o, mərasimi evdə keçirməli olub.

“Özümüz Gəncəliyik ancaq Bakıda çoxlu qohumlarımız var. Məcbur olduq iki yerdə yas mərasimi keçirdik. Bakıda mərasim keçirəndə heç nə deyən olmadı. Gəncədə isə çadır qurmağa icazə vermədilər. Məcbur gələnləri evdə qəbul etdik”.

Sosioloq Cavid İmamoğlu deyir ki, israf  hər bir halda yolverilməzdir ancaq hələ uzun müddət biz bu israfçılıq ənənəsinin şahidi olacağıq. Səbəbləri isə sosial qanunlardır.

“Təəssüflər olsun ki, bizim cəmiyyətdə xüsusi ilə də toy və yas mərasimlərində israfçılıq ənənəsi formalaşmışdır. Təklikdə hər kəs israfçılığın əleyhinədir, bu cür ənənələri qınayırlar ancaq iş ictimaətə çıxanda, artıq mövcud sosial qanunlar qüvvəyə minir və bir çox ailələrin bu qanunların əleyhinə getməyə sadəcə gücləri çatmır.  Cəmiyyət daxilində dövlət qanunlarından güclü adət-ənənlər, yəni yazılmayan qanunlar hökm sürür. ”.

Sosioloqun sözlərinə görə Bu cür israfçı ənənlər özü-özlüyündə elə sosial problemdir.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları