Tükənmiş Sərvətlər
Məsuliyyətdən imtina
Baxışlar: 3653
Dillər: 

Deyilənə görə, Kür və Araz çayları ətrafında həyat fərqli idi. Azərbaycanın əsas su yolunun ətrafında yaşayan insanlar bir növ cənnətdə idilər.

Tarlarda ucu bucağı görünməyən pambiq sahələri, çaylarda saysız hesabsız balıq vardı. Xəzər dənizində isə Nərə balığı və kürü bol idi. Təbiət insanlara hər şey vermişdi. Bütün bunlarla yanaşı, Azərbaycanın qara qızılı-nefti də vardı.

Sovet İttifaqı ideal ölkə olmasa da, müəyyən üstünlükləri vardı. Çay ətrafı ərazilərdə yaşayanların sözlərinə görə, insanların az da olsa özlərinə yetəcək qədər həyat şəraiti var idi. Bu gün isə hətta o da yoxdu. Pambıq olan sahələrdə indi alaq otları bitir, çaylarda isə balıq yoxdu. Fabriklər, otellər, sport klubları işləmir. Otellərdə indi turist yox, Dağlıq Qarabağdan qaçqın düşən insanlar yaşayır. Nərə balığı dənizdən yoxa çıxıb  və suni gölməçələrdə çoxaldılır. 

Sovet İttifaqı cənnət deyildi, lakin çay ətrafında yaşayan insanlar həyatından məmnun idi.

 

Sovet zamanından qalma Mingəçevir su anbarının mənzərəsi
Kür –Araz çayı boyunca bunun kimi çox sayda boş ev var.
Azərbaycan İran sərhədi, Bəhrəmtəpə. Burada Araz çayı İran ərazisindən keçərək Azərbaycana axır.
Araz çayının keçdiyi İmişli şəhərinin suya olan ehtiyacını ödəmək üçün nəzərdə tutulan böyük lahiyənin 2035-ci ildə sona çatacağı gözlənilir.
Araz çayı ilə sənaye konteynerlərinin daşınması çayın suyunun kirlədilməsi riskini çoxaldır.
2010-cu ildə baş vermiş daşqınlar zamanı zərar görən otelin hovusunun yanında oğlan.
Arazın Kürə qovuşduğu yerdəki kiçik təpədə dayananmiş oğlanlar. Yerlilər bura suqovuşan və ya qovşaq deyir.
Kür və Araz çaylarının qovuşduğu Sabirabad rayonunda istifadəyə yararsız paslanmış qayıq.
Kür çayının Xəzərə töküldüyü ərazidə yerləşən Nefçala şəhəri, Azərbaycanın balıqçılıq mərkəzidir.
Kür çayının Xəzərlə qovuşduğu ərazidə balıq tutmağa gedən şəhər sakini.
Qida və Kənd təsərüfatı təşkilatı bildirir ki, ailəsinin ehtiyaclarını ödəməmək üçün balıq tutanlarla, əyləncə üçün balıq tutanları ayırd etmək olduqca çətindi.
Balıqların həddindən artıq ovlanması nəticəsində Kür çayında balıqlarının sayının getdikçə azalması müşahidə olunur. Belə olduqda isə Nefçala kimi şəhərlərdə balıqçılıq təsərüfatlarının əhəmiyyəti artır.
Kür çayının üzərindəki Nefçala körpüsünü keçən çoban. Çayın çirkləndirilməsi, qaçaqmalçılıq və kortəbii balıq ovu Xəzərdəki nərə balığı sayını kəskin azaltmış və nəticədə çoxlu nərə balığı istehsal edən fermalar açılmışdır.
Nərə balıqlarına yem verilir.
3 illik nərə balıqlarının saxlanıldığı hovuzu yoxlayan işçi.
Balıqların həddindən artıq ovlanması nəticəsində Kür çayında balıqlarının sayının getdikçə azalması müşahidə olunur. Belə olduqda isə Nefçala kimi şəhərlərdə balıqçılıq təsərüfatlarının əhəmiyyəti artır.
Mingəçevir anbarinin R&R meydançası
Mingəçevirdəki qayıqçılıq klubunda olan idman zalında məşq edən yerli əhali. Sovet İttifaqı zamanında Mingəçevir məhşur qayıqçılıq mərkəzi idi. Kürün suyunun donmadığı zamanlarda insanlar idmançılar Mingəçevirə qayıqla gəlirdi.
Qayıçılıq idman növünün mərkəzi. 2015-ci il Avropa Oyunlarının kürəkçəkmə üzrə yarışları Mingəçevir şəhərində keçirilmişdir.
Kür çayının suyunun buz tutmaması Sovet İttifaqı zamanı Mingəçevir şəhərini qayıqçılıq mərkəzinə çevirmişdi.
Azərbaycanın mərkəzində yerləşən Şirvanın neft çöllərinə yaxın ərazidə oynayan uşaqlar.
İstifadəsiz qalmış neft buruqları və pambıq emalı maşınları Kür-Araz ovalığının bir zamanların böyük iqtisadi əhəmiyyətinin olduğunu göstərir.
Bakıdan sonra Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncə şəhərindəki Kür çayı yaxınlığında yeni bir prospekt üçün onlarla bina sökülüb.
Mingəçevir su anbarının yaxınlığında yerləşən, hazırda Qarabağ qaçqınlarının məskunlaşdığı, keçmiş turistik binanın sakini qonağı salamlayır.
Oyun meydançasındakı yellencəkdə oturan oğlan.Məcburi köçkünlər dövlətdən yardımlar alır, lakin bununla bərabər hökümət onların müvəqqəti sakinlər olduğunu ön plana çıxardır ki, bu da öz növbəsində qaçqınların Azərbaycan cəmiyyətinə uyğunlaşmasını çətinləşdirir.
Evi qızdırmaq üçün istifadə edilən peyin. Azərbaycanın zəngin qaz və neft yataqlarının olmasına baxmayaraq, ölkənin bir çox yerində insanların evində təbii qaz yoxdur.
Yeniyetmələr dağılmış kafedə şəkil çəkdirir. Öz doğma yurdlarından ayrı düşən bu insanlar müvəqqəti yaşayış mərkəzlərində məskunlaşır və iş tapmağa çalışır.
Keçmişdə turistik bina olmuş binanın otaqlarının birində divarlara Dağlıq Qarabağ müharibəsində həlak olanların rəsimləri asılıb.
Azərbaycanın şimalında yerləşən Mingəçevir rezervuarının sahilindəki keçmiş turistik yaşayış binasının həyətində tualet. 1993-cü ildən günümüzə qədər bu binada Dağlıq Qarabağdan qaçqın düşmüş 50 ailə yaşayır.
Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları