Üç Min İl Sonra
Baxışlar: 3071
Dillər: 

Dünyada 190 minə yaxın insan Əfqanıstan və Azərbaycandan Mərkəzi Asiyaya, Şimali Hindistana qədər Novruz bayramını qeyd edir. Bu bayramı 3000 il əvvəl Zərdüştlər qeyd edərdilər. Ona görə də Novruz Xristian və ya İslam dininin bayramı hesab edilmir. Novruz fars dilində “Yeni Gün” mənasını verir. Bayram köhnə ilin sonuncu və yeni ilin ilk günündə qeyd edilir. Bu, gecə və gündüzün bərabərləşdiyi gün olduğu üçün Yaz fəslinin gəldiyini tərənnüm edir. Sovet dövründə Novruz bayramı Sovet İttifaqı ölkələrində qadağan edilmişdir, lakin buna baxmayaraq, insanlar bayramı gizlin şəkildə evlərində qeyd edirdilər. Belə ki, bu ənənə bir çox illər ərzində qorunub saxlanılıb. Novruz bayramı 2010-cu ildə BMT tərəfindən beynəlxalq bayram kimi tanınıb. Bizim hekayə Azərbaycanlıların Azərbaycanda, Gürcüstanda və İranda Novruz bayramını necə qeyd etdiklərini göstərəcəyik. Karsda, Türkiyədə yaşayan etnik azərbaycanlıların da Novruz bayramını göstərmək istərdik, lakin Türkiyədə baş verən son hadisələrə görə, insanlar bayramı qeyd etməyiblər.

 

 

Novruz qabağı insanlar mənzillərini təmizləyər və bununla da sanki qışdan yığılıb qalan bütün kir-pası atar ki, yeni ilə təmiz çıxsınlar. Uzun əsrlər boyu formalaşan inanca görə, yeni ili necə qarşılasan, il boyu eyni şəkildə davam edəcəksən. Bu səbəbdən də insanlar təkcə ev-eşiklərini yır-yığış etmir, eyni zamanda uşaqlara və özlərinə təzə libas alırlar.

Novruz gününə aparan yol 4 "etapdan" - çərşənbədən keçir. Bunlar su, od, torpaq və yel çərşənbələridir.

Çərşənbələrdə, xüsusən də İlaxır çərşənbəsində və eyni zamanda bayram günündə hava qaralana yaxın tonqal qalanar və yaşından asılı olmayaraq hər kəs onun üzərindən tullanar. İnsanlar od üzərindən atlanaraq bu sözləri deyərlər: "Ağırlığım, uğurluğum burda qalsın!!!", "Dərdim, bəlam odda yansın". İnanca görə, odun üzərindən tullandıqdan və nəzərdə tutulan sözlər deyildikdən sonra onlar köhnə ilin dərdindən, bəlalarından, xəstəliklərindən qurtulacaq, yeni ilə paklanmış, təmizlənmiş, sağlam olaraq gedəcəklər.

 

 

Novruzun əsas simvolikası olan paxlava yeniliyin, musiqinin və bərabərliyin simvoludu. Paxlava qadın rəmzi də hesab olunur. Ortadakı qoz və ya fındıq isə doğuluş, günəşin və gözü əks etdirir. Paxlava müstəvidə rombu xatırladır. Azərbaycan alimləri iddiaa edir ki, Azərbaycan musiqisi muğam da fəzada romb formasındadı. Muğam həmçinin qadınlıq rəmzidir. Novruzda isə muğam daha çox oxunur ki, bu da bayramlarla əlaqəlidi.

Tahir Əmiraslanovun sözlərinə görə: " Novruz bayramından əvvəl, yəni 21 dekabrdan fevralın sonuna qədər Azər bayramı idi. Bu zaman kişilər evdə qalırdılar. Buna görə də mart ayında artıq qadınların əksəriyyəti 2-3 aylıq hamiləlik dövrünü yaşayırdı. Bunun da simvolu şəkərburadır, çünki bu şirniyyat qarın formasındadır. Şəkərbura həm də ayın simvoludur. Şorqoğalı isə günəşin simvoludur".

İlaxır çərşənbədə və bayram günü insanlar qəbir üstünə gedər, valideynlərinin və yaxınlarının məzarı üzərində şam yandırar, yasin oxutdurarlar. Bu da dünyadan köçən əzizlərə hörmət, keçmişini unutmamaq mahiyyəti daşıyır.

Bayram günü süfrəni bəzəyəndə 7 cür nemət masaya qoyulur. Bunlar su (təmizlik), güzgü (paklıq mənasında, yəni insanlar ona yalandan, paxıllıqdan, xudpəsəndlikdən uzaq olsun deyə baxarlar), səməni (təbiətin oyanması), balıq (bu heyvan çox çevik olduğundan insanların da həyatda çevik olması arzulanır), alma (xoş ətirli olduğu üçün), halva (şirinlik) və fincan içərisində qoyulan qızıldır (bu da var-dövlət rəmzidir). Bundan əlavə, əvvəllər bayram xonçasında 7 rəngdə şam yandırılması da ənənələrdən sayılır. Son zamanlar isə əsasən ailənin üzvlərinin sayı qədər şam yandırılır. Şamı kimsə söndürməməlidir, sona qədər yanmalı və özü sönməlidir. Deyilənə görə, hər yanan şam ailənin bir üzvünün həyat yolunu göstərir.

Bayram süfrəsini rənglənmiş yumurtalar da bəzəyir. Bu da canlı aləmin yaranışına işarədir. Yumurta adətən qırmızı rənglə boyanır. Qırmızı rəng isə bəşəriyyətin şadyanalıq içində yaşamaq istəyinin təcəssümüdür. Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov hesab edir ki, yumurta həm də cansızdan canlıya keçidin simvoludur: "Yəni soruşurlar ki, yumurta birinci yaranıb, yoxsa toyuq. Cavab verilir ki, birinci yumurta yaranıb. Çünki canlılar cansızdan əmələ gəlib. Allah əvvəlcə torpağı yaradıb, sonra ondan insanı və heyvanları yaradıb. Yumurta isə həm canlıdır, həm də cansız".

Yumurta bəzəklə yanaşı yarış üçün də istifadə olunur. Beləki, hər kəs öz evindən ən bərk yumurtanı seçir və tonqal qırağına gətirir. İki adam  biri yumurtanı tutur digərə vurur. Yumurtası qırılan adam uduzmuş sayılır və qalib olanşəxs uduzanın yumurtasını götürür.

Novruzun daha bir tərəfi onun simvolik personajları - Keçəl, Kosa və Bahar qızı ilə bağlıdır. Keçəl təbiətin oyanışdan əvvəlki dövrünü, Kosa ruzi-bərəkəti, Bahar qızı isə bitki örtüyünün cücərməsini xarakterizə edir.

Novruzun ənənələrindən biri də uşaqların qonşulara, qohumlara papaq atmasıdır. Papaq atılan evdə isə onun bayram nemətləri ilə doldurular və sahibinə qaytarılar. Bunun da mənası var. İnanca görə, insanlar bu addımları ilə bişirdiklərini paylaşar və kasıb ailələrə əl tutarlar.

 

 

Subay qızlar evlənəcəyi adamın adını, yaşını və ya görünüşünü bilmək üçün cürbəcür üsullarla fala baxırlar. Şəkildə istifadə olunan falda qızlar bir stəkan istifadə olunmamış su, nişan üzüyü və falına baxılacağı adamın saçından bir tük qopardırlar. Qaydaya görə hər qızın bəxtinə bir dəfə baxılır.  Saçı üzüyün içinnən keçirib bir ucuna üzüyü bağlıyırlar.  Saçın bir ucunnan tutub üzüyü 3 dəfə suya salıb-çıxarıb sora stəkanın üst tərəfində saxlıyırlar. Üzük stəkanın qırağına neçə dəfə dəyirsə bu o deməkdi ki, evlənəcəyi yaş qədər üzük səs çıxarır.

Bu "Fala Baxma"da qızlar yarıya qədər istifadə olunmamış su ilə dolu kasada fala baxırlar. Bir kağız parçasına öz arzularını yazırlar və heç kimə göstərməmək şərti ilə bir ucu su ilə yarıya qədər dolu qabın üstünə qoyurlar. Şam yandırıb qırılmış qoz qabığının içinə qoyurlar və qoz qabığı ilk kimin arzusu olan kağızı yandırsa, inanca görə ilk o arzu yerinə yetəcək  .                                                                                              

Yuxarı Salahlı, Qazax

 

Bu adət-ənənə Azərbaycanda ancaq Qazaxın Yuxarı Salahlı kəndində var. Kənd ağsaqqalı deyir ki, - Şəhər yerlərində bu adət "papaq atma"dı amma bizim obada köhnə vaxtlarda kişilər qadın, qadınlar da kişi paltarı geyinib evlərə girib bayram payı yığırdılar. Bu cür bəzənmələrinin səbəbi isə ev yiyəsinə tanınmamaq üçün idi. İndiki zamanda cavanlar daha çox bu işlərlə məşğuldular. Onlar bayram payı əvəzinə pul yığıb tutduqları musiqiçilərin pulunu çıxarmağa çalışırlar. Özlərinin məqsədi isə sevdikləri , sinif yoldaşları, dostları və qohumlarının evlərinə gedib onları əyləndirmək, sevindirməkdi. Əsasən də görüşə bilmiyən sevgililərin oğlanın qızı görmək həvəsidi. Dediyinə görə bu cür qız qaçırmalar da bayram gecəsi olur. "Bunu bir tamaşa kimi düşünün".

 

 

 


 

Sartıcala Muğanlı kəndi, Gürcüstan

 

Etnik Azərbaycanlıların Gürcüstanda məskunlaşdığı bir yer də Qardabanı rayonunun Sartıcala Muğanlı kəndidir. Azərbaycanlılar kəndin adını qısaldaraq adətən onu Muğanlı adlandırırlar. Bu kəndin özəlliyi Novruz bayramında illərdir ki, təkrarlanan bir adətdir.

Adətə görə, kənd sakinləri mart ayının 1-dən 21-dək kəndi gəzib-dolaşaraq mahnılar ifa edib, rəqs edirlər. Martın 22-də isə səhər açılandan nahara qədər bütün kənd sakinləri kəndin meydanına yığılır. Musiqi ifa edib, mahnı oxuyub, rəqs edirlər. Özəllik isə ondan ibarətdir ki, burada meydana çıxanlar yalnız kişilər olur. Qadın və uşaqlar üçün bu bayram adəti çox təhlükəli ola bilər. Belə ki, bu adət-ənənəyə görə, müxtəlif növ geyim (yəni bayram kostyumu) geyinib, maska taxan könüllülər ətrafda olan kişiləri dartıb meydana gətirib onu pul verməyincə döyürlər, pulu aldıqdan sonra isə mehribanlaşıb rəqs etməyə başlayırlar.

Kənd sakinlərinin sözlərinə görə, indiyədək bu oyunda xəsarət alan olmayıb.

Yığılan pullar isə kənd məscidinə, toylarda çatışmayan oturacaqlara, masalara və yaxud da kənd sakinləri arasında xəstələndikdə müalicəyə maddi imkanı olmayan şəxsə verilir.

Kənardan “döyülənlərin” halına yananlar olsa da, meydana yaxınlaşdıqca hamının üzündə təbəssüm gördükdə muğanlıların bayram əhval-ruhiyyəsində olduqlarını müşahidə etmək olur.

Günorta saat 1-ə qədər davam edən bayram bitdikdən sonra hamı evinə gedib bayram süfrəsinə əyləşir və gələn qonaqları qarşılayır. 

Ardebil, Iran

 

Hər ilin axırıncı çərşənbəsinin axşam çağında  tonqal qalayırlar . Bu tonqal qalamaq ən böyük mərasimlərdən biridir.Gün batandan sonra küçədə ya həyətdə odunlara od vurullar ve bu otun üstündən atılırlar.

Ilin son çərşənbəsi ən ətraflı çərşənbə olar. O gecə ağ düyü və quru balıq pişirərlər və olarla masaya acil (qoz-fındıq) və şirni qoyarlar.

Son çərşənbənin günüzü xanımlar bulağa başına gedib küzələrin doldurarlar və suyun üstündən atillalar.Bəzən də mal-heyvanların suyun üstündən keçirdərlər.

Son çərşənbənin diğər marasimlərindən evin gəlininə meyvə və şirni yollamaqdır.

Qurşaq sallamaq:

Son çərşənbənin gecəsi gənc oğlanlar bir şal götürüb ve dam üstüne çıxıb bir bacadan şal salliyallar.bu işə şal sallamaq yada qurşaq sallamaq diyeller. ev yiyesi de onun şalına acil şirni və…    bağliyar. ağər oğlan o evden bir qız istəsə şalın üstə çəkməz.qızın ailəsi də razi olsa o şala bir nişan(işarə) bğliyar.

 

-Səməni göyü:

Isfənd ayı (qışın son ayı) ağac və toxum əkmək zamanı dır. novruz mərəsımıərindən birisi səməni göyərtmək dir ki geçmiş zamanlardan icra olur.  bu işle yaşıllıq və bolluq ifadəsi olunur.  novruzdan 2 həftə qabax kiçik qablarda(küzə ،kasa، boşqab və… də buğda əkərlər ve onu il təhvil zamanı “yeddi ləvin” sufrasına qoyallar. bayramın 13 –cü günü təbiətə gedərkən  səməni nidə aparıb، qızlar arzu edib səməniyə  dügün(node) vurub və onu suya atallar.

 

-Ev tökmə:

Bu mərasim novruzun gəlişinə bir ay qalandan başlayır.xalca və paltarlar yuyulur ya yenisi alınır. evdəki əşyaların yeri dəyişilir. əşyalar təmir olunur və təmizlənirlər.

Novruz bayramına bir ay qallandan xanımlar evlerin tozun tökərlər.

 

il təhvil olandan sonra millət ilkdə məzarlıqa gedib ölülərdən yad elərlər sonra da o evlərə gedərler ki bir əzizlərin təza əldən veriblər və sonunda ayilə dost ve tanışların ziyarətinə gedərlər və mühəbbətlərin yeniləşdirəllər.

  

-ilin son cumə axşami

novruzun adətlərindıən birisi də ölülərdən yad eləmək və onların mazarlğına getməkdir.  ilin son cüməsində məzarlıqlara gedib yemak apararla(halva ،xurma və...) və bu yeməklərdən ordakılara verallər.

bayram süfrəsi

bayram süfrəsinin hazırlamasi diğər marasimatlardan birisi dir.o süfrəni bərbəzəyib və yerdə açıllar və onda 7 əşya ki sin lə başlayır qoyurlar. bu yeddi əşyanın hər birisinin mənası olur . qızıl balıq، sumax، səməni، sarımsaq və.... süfrənin ortasənda ən dəyərli kitab yerləşir.

ailələr çalışrlar süfrələrnini ən gözəl şəkildə bəzəsinlər çün bu inam da dılar ki yeni ili neca başlasalar sonuna qədər ocur yaşiyacaqlar.

 

"Deməliyəm ki,  qədim zamanda çoxlu rusumat və adətlər varımış ki zamanla yaddan çıxıb və aradan gedib. Bu adətlər bizim kültürümüzdən qalxıb və bizim millətin real yaşamındanımış, məsələn, qurşaq sallamaq, daha yaddan çıxıb və təkcə nağıllarda və ya şiirlərdə özün göstərir . Bu halda demək olar ki, Novruz Bayrami başlayışından indi ki zamanına qədər çoxlu dəyişiklər görüb. Hər halda bu aradan getmək və unutmak bizim millət və tarix için yaxşi dəyil. Hər ölkənin özu için bir sıra költürü olur ki, onun geçmişin və uzun tarixin göstərir. Bu tarixdir ki, o millətin dalında dura bilər və onlara güc verə bilər . Nə gədər aradan getsə və unudulsa o gədər geçmişin təkrarına məcbur olarıq. Bu ki nədən bu rusumat aradan gedib çoxlu səbəb ola bilər. Şəhər yaşami gün bə gün tərrəqi edərkən insanların fikiri sənətə (sənaye)qarışıb və tərrəqi için çalışır. Bu üzdən onun yaşami da sənəti olur . Geçmişdən qırıb işd edir zamanla qabağa getsin. Bu arada bir körpü ehtiyacdır ta onun geçmişilə gələcəyin bir birinə bağlasın və çox ara verilməsin.

Amma təəsüflə o bağlanti bizim költürümüzdə yaxşi ifadə olmayıb ve zaman qırılıb. Əlbəttə deməliyəm ki maliyyə vəziyətidə mərasimlərin şəklinin dəyişilməsində təsirli olub. indiki halda  bəzi mərasimlər dəyişikli şəkildə ifadə olunur və ya aradan gedib və gənclər onları təkcə ata anaların dilindən ya Şəhriyar kimi bir şaiirin yazılarından eşidib və oxuyurlar. Hər-halda zəruridir ki bu mərasimlər davamlı olsun .onlardan bir sənəd: yazı, film şəkilində təhiyyə olsun ta gələcəkdəki insanlar tarix və koltürün taniya bilsinlər. Yoxsa aradan getməlidiı! "

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları