Ulyanovka: Həyatın sərhədində yaşamaq
Məsuliyyətdən imtina
Baxışlar: 4167
Dillər: 

Gürcüstanın şimalında, 396 m yüksəklikdə yerləşən  tərkedilmiş Pontik Yunan kəndi Ulyanovkaya getmək üçün heç bir yol nişanı yoxdur.

Yalnız iki nəfər- 67 yaşlı Muraz Şersevadze və 20 yaşlı Yuri Rurua bu kəndi özünə doğma sayır.

Sovetlər Birliyinin qurucusu Vladimir Lelinin (Ulyanov) şərəfində adlandırılan Ulyanovka kəndi, 1991-ci ildə SSSR-in dağılması ilə tərk edilən və əhali sayı azalan yüzlərlə kəntdən biridir.

Kəndin nə təbii qazı, nə elektrik xətti, nə də suyu var, buna baxmayaraq kəndin boş otlaqları və tərkedilmiş evlərin birindəki  çamaşırxana Şersevazdze və Ruruanin olduqca işinə yarayır.

Gürcüstanın Qori şəhərinə yaxın Dirbi kəndindən olan keçmiş polis işçisi Şersevadze buraya iki il əvvəl inək və donuzlarını otarmaq üçün gəlmişdi. Onun 180 lari olan təqaüdündən başqa əlavə gəliri maldarlıqdır.

 

67 yaşlı Muraz Şersevadze Ulyanovkanın əsas küçəsində iti ilə. Yol boyu düzülən evlərin heç birində insan yaşamır.
Muraz Şersevadze kəndin tərkedilmiş evlərindən birini donuz damı edib. Donuzlar tərk edilmiş düzənilklərdə otlayır.
Ulyanovkanın tərk edilən evlərinin birinin qapısında bir çüt ayaqqabı.
ABŞ Federal Araşdırma Bürosunun gödəkcəsini geyinən Muraz Şersevadze bir zamanlar “dövlət təhlükəsizlik xidmətində” çalışdığını deyir. Hazırda o Ulyanovkada tək yaşayır.
Şersevadze iki mərtəbəli tərkedilmiş evin birində yaşayır. O öz yatağında oturub.
Gürcüstan təhlükəzlik Polisinin emblemi olan qovluq Muraz Şersevadzenin stolunun üzərində duz, qatıq və kibritlərin ortasında.
Muraz Şersevadzenin evinin qarşısındakı evin balkonunda istifadə edilmiş şüşə.
Ulyanovkanın əsas küçəsində yolunu azmış, güman ki başqa kəntdən gələn pişik.
Ulyanovkanın əsas küçəsində itlər. Şersevadze və Rurua həmin itlərə yemək verir.

Ulyanovkada ən sevdiyi şey məhdud gəliri olmasına baxmayaraq istədiyi yaşayış evini seçə bilməsidir.

Qış aylarında onun yaşadığı yeddi otaqdan ibarət iki mərtəbəli ev soyuq olur. Buna görə də o, gecələr odun sobası  yandırır və bu sobada çimmək üçün su qızdırır.

Əsasən çöldə olan Şersevadze deyir ki, soyuq onu narahat etmir.  O, “Stalin ( Sovet diktatoru İosif) kimi güclü olduğunu deyib, lovğalanır.

“Burda yaşamaq mənim üçün problem deyil, mən nə vəhşi heyvanlardan, nə də başqa bir şeydən qorxuram.

Şersevadze tənha yaşayır. Onun sözlərinə görə KQB-də çalışıb bu səbəbdən evlənməyib və uşağı yoxdur.

“Mən tənha deyiləm, öz itlərim, donuzlarım və inəklərimlə birlikdə yaşayıram,” o, deyir.

 

Ulyanovkanın girişində tarlaların qarşısında tərkedilmiş ev .
Donuzlar keçmişdə Yunan kəndi olan Ulyanovkanın dağılmış evləri arasında yemək axtarır.
Murad Şersevadze donuz damına çevirdiyi evin qarşısında iti ilə.
Donuz başını qırıq qapıdan içəri soxur. Murad Şersevadze iki mərtəbəli evi donuz damı edib.
Ulyanovkanın keçmiş sakinlərinin paltarları asılıb.
Ulyanovkada olan bir çox tərkedilmiş evlərin içi. Bəzi əşyalar hələ də evlərdədir.
Heç kimin yaşamadığı bu ev Ulyanovka kəndinin yarıuçuq evlərinə gedən yoldakı ağacların ortasındadır.
Muraz Şersevadze eşitmə cihazı vasitəsi ilə ünsiyyət qura bilir. O, Ulyanovkadakı həyat haqqında danışanda deyir : “Mən heç nədən qorxmuram, çünki mən Stalin kimiyəm”.
Murad Şersevadze donuz damına çevirdiyi evdə donuz peyini qarışdırır.
Yuri Rurua Ulyanovkanın əsas yolunda dayanıb. 20 yaşlı bu gənc kənd əhalisinin yarısını təşkil edir. Qışda o Ulyanovkada qalnır, Tbilisiyə ailəsinin yanına gedir.

Ulyanovkanın digər sakini Rurua yaşadığı həyatın “çətin və darıxdırıcı” olduğunu deyir. “Heç bir insanla ünsiyyəti olmadan yaşamaq olduqca qəribə həyat tərzidir”, o deyir.

Lakin onların tam şəkildə təcrid olunduğunu demək də olmaz, çünki isti aylarda , yaxınlıqdakı kənd sakinləri yabani bitgilər və mal qarası üçün ot  toplamaq üçün maşınlarda buraya gəlir. Yaxınlıqda hərbi hissə də var.

Lakin, belə görünür ki, Ulyanovkanın öz sakinləri heç vaxt qayıtmayacaq. Hökümətin  hesabatlarında bildirilir ki, SSSR dağıldıqdan sonra minlərlə yerli Gürcü Yunanıstan, Rusiya və Ukraynaya köçüb. 2016-cı ildə 98,300 Gürcü başqa ölkələrə köçüb, bu isə əvvəlki illərlə müqayisədə 2.4 faiz çoxdur.

Miqrasiya yalnız ölkə xaricinə deyil. Ruruanın ailəsi Abxaziyadan köçdükdən sonra 13 il Ulyanovkada yaşayıb, burada heyvandarlıqla məşqul olub, daha sonra maddi səbəblərdən Gürcüstanın paytaxtı Tbilisiyə köçüblər.

Yuri Rurua Ulyanovkada son bir neçə ildə yaşadığı evdən baxır. Onun ailə üzvləri Tbilisidə yaşayır.
Baxımsız ev Ulyanovkaya gedən daşlı kəsəkli yolun kənarında tikilib.
Yuri Rurua Ulyanovkanın küçələrinin birində.
Telefonu üçün günəş adapteri, dırnaq qayçısı, təraş üçün güzgü, bütün bunların hamısı Yuri Ruruanın özünə ev kimi seçdiyi tərkedilmiş binalardan birinin balkonundakı stolun üstündədir.
Yuri Rurua Ulyanovkadakı qızdırmaq üçün odun qırır
Ulyanovkanın tərkedilmiş evlərində qalan əşyalar
Günorta günəş Ulyanovkanın meşə ilə örtülmüş dağlarının arxasında batır.
Rəngli qraffiti rəsmlər Ulyanovkadakı evin divarını bəzəyir.
Tənha pişik Yuri Ruruanın Ulyanovkadakı evinin həyətində günəş altında uzanıb.

Rurua, keçmiş hərbi qulluqçu heyvanların keşiyini çəkmək üçün burada qalır.

“Hələ də işsizəm. Heyvanlara baxmaqla ailəmə kömək edirəm. Bəzən anam da gəlib kəntdə qalır.”

Ulyanovkanın 2 sakini bir yerə getmək istəyəndə daş - kəsəkli, çirkli yolla Ağ Körpüyə ( maşınla 20 dəq yol) gəlməlidir. Burada özlərinə lazım olan qida məhsullarını ala bilirlər.  

Ağ Körpüdən  sərhəd kəndi Sadaxlıya avtobusla 45 dəqiqəlik yoldur.

Qışda Rurua bu yolla Tbilisiyə, ailəsinin yanına gedir. Çox nadir hallarda Dirbiyə gedən Şersevadze isə qış boyu Ruruanın heyvanlarına keşik çəkir.

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları