Xınayaxtı mərasiminin Dirçəlişi və Müasirləşdirilməsi
Baxışlar: 4136
Dillər: 

Xınayaxdı ( və ya Xına mərasimi) dərin mənası olan olduqca gözəl və maraqlı mərasimdir. Xına mərasiminin mənası yeni evlənəcək cütlüyə səadət arzulamaq və xeyir –dua verməkdən ibarətdir.

Xınayaxdı Azərbaycanın qədim tarixə malik adət -ənənəsidir. Lakin, bir müddətdir ki,  bu adət bir növ “qaranlıq günlərini” yaşayırdl. Son illərdə xına mərasimi daha müasir forma alaraq toy adətlərindən biri kimi qeyd edilməyə başlanmışdır.

Xınayaxdı bütünlüklə  milli adətlərə söykənən və heç bir dini məna kəsb etməyən bir adətdir. Xına mərasiminin təşkili bir çox hallarda çox baha başa gəlir. Bəzi cütlüklər həmin gün milli libaslar geyinmək və xüsusi dizayda olan mərasim evlərini icarələməklə yanaşı, xınaya  gələcək qonaqları əyləndirmək üçün müğənnilər də dəvət edirlər. Bu cür dəbdəbəli mərasimlər təşkil etmək hər ailənin büdcəsinə uyğun deyil; bir çoxları öz evlərində yaxın qohumların iştirakı ilə  kiçik xına mərasimləri təşkil etməyə üstünlük verir.

 

Xına mərasimi qız toyu üçün nəzərdə tutulub. Qədim zamanlarda bu mərasim “qız tərəfinin” evində baş tutardı. Son illərdə xinayaxdı evdən kənarda və əsasən sırf xına mərasimlərinin təşkili üçün nəzərdə tutulan yerlərdə keçirilir. Xınayaxdı, gəlinin subay olaraq “ata evində” keçirəcəyi son gündür və mərasimə ancaq qadınlar dəvət olunur.

 

Xanayaxdının atributlarından biri, gəlinin geyindiyi libasdır. Xinayaxdıya milli naxışlarla bəzədilən qırmizi rəngdə libas geyinilir. Gəlin mərkəzdə oturur və üzü qırmızı yaylıqla örtülür.Gəlinin yaxınları əllərində şamlar ilə onun ətrafında fırlanırlar
Xına səbətini “oğlan tərəfindən” olan qadınlardan biri mərasimə gətirir.
Xına suda isladılaraq düzəldilir, gəlinin əllərinə yaxılır və quruyana qədər gözlənilir. Əllərin xına ilə bəzədilməsi qaydaları da dəyişib - dairəvi naxışlar təmtəraqlı milli naxışlarla əvəz olunub.
Gəlinin nənəsinin də əlləri xına ilə bəzədilir.

 

Nəzrin Nəsirova Azərbaycanda  xına naxışlarına yeni nəfəs verən gənc bir xanımdır.

O, gəlinin əllərini xına naxışı ilə bəzəyəcək. Nəzrində xına sənətinə maraq Hindistana səfər etdikdən sonra yaranıb. O, hal –hazırda, xüsusi olaraq sifariş ilə Hindistandan gətirdiyi təbii xınalardan istifadə edir. Onun bəzədiyi naxışlar 7-10 gün ərzində əldə qalır. Nəzrin deyir ki, hər bir naxışın öz mənası var. O, inanır ki, naxışlar həm gündəlik, həm də mərasim üçün nəzərdə tutulub.

Bir dəfə o, üç saat ərzində hamilə qadının qarnını xına naxışı ilə bəzəyib.

Bu mərasimdə “hakışta” adlanan və gəlinin baldızına, ərinə həsr olunan  xüsusi yumoristik  şerlər deyilir. Bu tip şən, yumoristik şerlər qədim xına mərasiminin bir parçasıdır və müasir günümüzdə də mərasim zallarında keçirilən xınayaxdılarda  səslənir.

 

Əvvələr, toydan əvvəl qadınlar paltarları kəsmək və tikmək üçün  “paltar biçdi” adlanan mərasimə yığışardılar. Lakin , müasir dövrümüzdə insanlar geyinəcəkləri libasları ya alırlar ya özləri tikdirirlər. Bu səbəblə də, bu adət demək olar ki, tamamiylə yox olub.

Xına mərasimləri, Mərakeş və  digər  Aralıq dənizi körfəzi ölkələrində də qeyd edilir.

Hindistanda “mehndi”adlanan xına mərasimlərinin tarixi e.ə 2000 –ci illərə qədər gedir. Bu tip mərasimlərə Şərqi Asiya və Şimali Afrika ölkələrinin mədəniyyətində də rast gəlmək olar.  Hindistan və başqa ölkələrdə naxışlar qarışıq,  müxtəlif çiçək rəsimlərindən ibarət olur və əsasən sağlamlıq, bolluq, müdriklik kimi mənəvi mənaları əks etdirir.

Kənardan bu olduqca ekzotik, qeyri-adi görünür.  Xına mərasimilərinin  olduqca isti və maraqlı abu-havası olur, bu səbədən insanlar xınayaxdıya xüsusi maraq göstərirlər. 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları