Yeni Mənzil – Yeni Problem?
Baxışlar: 2179
Dillər: 

 

Valideynlərim  riskdən qaçan insanlardır. Sovet Azərbaycanında doğulub və təhsil alıblar, onlar kapitalizmin nə olduğunu və sistemin necə işlədiyini az bilirlər. Onlar hələ 2007-ci ildə böyük addım atmağa qərar verdilər və ailənin bütün əmanət pullarını yeni mülkiyyətə investesiya etdilər. Ailəmin seçdiyi mənzil dostlara məxsus binada olduğuna görə qərarı inamla vermişdilər. Müqavilə isə bir neçə ay narahatlıqdan sonra, 2007-ci ilin avqustunda imzalandı.

Bir dəfə müqavilə imzalandı və həyat normala qayıtdı, tezliklə biz bütöv bir yeni mənzilə sahib olmağımız fikrinə alışdıq. Oranı müntəzəm ziyarət etmək üçün elə çox narahatlıq keçirmədik. Lakin üç il sonra bizim adımızın ev sahiblərinin siyahısında olmadığını iddia edərək binada qalmağımıza icazə verilmədi. Əvvəlcə çox yaxşı hesab etdiyimiz bir qərar, sonradan qarabasmaya, mənzili ailəmə satan dostlar fırıldaqçıya çevrildi. Ailəmiz uzun illər boyu süründürüldü və hüquqlarımızı bərpa etmək üçün məhkəmədə gedən ağrılı mübarizə 2015-ci ildə nəticələndi.

Proses zamanı anladıq ki, bu halla üzləşən, təkcə biz deyilik.  

2015-ci ilin bir soyuq noyabr günü binanın pilləkənlərindən yuxarı qalxırdım. Gördüm ki, bəzi insanlar bütün əşyalarını onuncu mərtəbədə düz enişdə tərk edib – piano, şüşə və büllur stəkanlarla bəzəkli taxta şkaf, stullar, stollar, kiçik əşyalarla dolu qutular və yığılmış yorğanlarla dolu çarpayı. Əgər hər şey qalın toz təbəqəsi ilə örtülməsəydi, düşünərdim ki, kimsə yeni evə köçür. Növbəti dəqiqə yorğanlar hərəkət etməyə başladı və mən qorxdum. Kimsə divanın üstündə yatmışdı. Bu çox narahatlıq verici mənzərə idi. Qeyri-ixtiyari şəkildə bacardığım qədər sürətli qaçdım.

Daha sonralar öyrəndim ki, həmin şəxs Azərbaycan Silahlı Qüvvələrinin keçmiş musiqiçsi, SSRİ-nin və müstəqil Azərbaycanın ən nüfuzlu siyasətçilərin qarşısında ifa etmiş, infarkt olmadan öncə hərbi veteran kimi təqaüdə çıxan 62 yaşlı Niyazi Salmanov imiş. Onun xanımı 53 yaşlı Fəridə də piano ifaçısıdır. Onların iki oğlu 10-cu mərtəbədəki mənzillərindən zorla çıxarılmışdı, ailənin getməyə yerləri yox idi. Dəhliz onların tapdığı yeganə sığınacaq idi.

2000-ci ilin ortalarında Azərbaycan əsasən yüksək neft qiymətləri və neftlə əlaqəli xidmətləri ilə sürətləndirmiş baş gicələndirici iqtisadi genişləmə dövründən keçirdi. Neft sərxoşu Bakı, paytaxtı nəhəng bir tikinti meydanına çevirən tikinti partlayışına qapıldı. Bu çılğınlıq inkişafda olanlara  xoşbəxtlik və zənglinlik gətirsə də, bir çox adi vətəndaşa ağır zərbələr endirdi.

Partlayışın əsas problemlərindən biri vizion əskikliyi və şəhərin sürətlə dəyişən üzü üçün baş planın olmaması idi. Köhnə binaların yıxılması haqqında qərarlar və ya  göydələnlərin ucaldılması düşünülmüş bir planı təqib etmədən bir gün içində həyata keçirilə bilərdi. Bakı zəlzələyə meyilli ərazisi, yüksək binalar arasındakı məsafə, maşın dayanacaqlarının və yolların əlçatanlığı və kanalizasiya xətlərinin tutumu və ya  köçürülənlərə ödənilən ədalətli kompensasiya kimi amillər tez-tez nəzərdən qaçırılırdı.

Tikintiyə icazə almaq üçün hüquqi proseslərə də bu amillərin taleyini yaşayır. Belə ki, 300-dən çox müxtəlif sənədlərlə yeni binanın Dövlət Daşınmaz Əmlak Agentliyində qeydiyyatını tələb etmək prosedurları sistematik şəkildə pozulur. Hüquqi boşluqlar, bürokratik maneələr, şəffaflığın və informasiyanın qıtlığı və tikinti şirkətlərinin məsuliyyətsiz yanaşması o deməkdir  ki, tez-tez bu sənədlər ya mövcud olmur və ya yanlış olur.

Nəticədə  hündür binalar göbələk kimi çoxalır. Bir çox insanın hayatı üzərində öz faciəvi təsirləri ilə saxta təcrübələr keçirilir. Mənzillərin satılmasına və alıcıların içərisinə yerləşməsinə baxmayaraq binaların rəsmi qeydiyyatdan keçirilə bilməməsi və sakinlərin əmlak üzərində öz hüquqlarını sübut  edən rəsmi alış sənədləri ilə təmin olunmaması tez-tez baş verir. Bir mənzilin birdən çox alıcıya satılması dövlət qeydiyyatından keçməyən binalarda satış prosesindən məsul yeganə müəssisələr olan tikinti şirkətləri arasında daha asan yayılan bir mistifikasiyadır. 

2015-ci ilin avqustunda məhkəmə prosesi bitəndən sonra mülkiyyət hüquqlarına hörmət edildi və ya onların pulları geri qaytarıldı. Valideynlərim kimi minlərlə əmanətçi, ötən illər boyu uzanan dolaşıq, qızğın məhkəmə prosedurlarını başa vurdu.

2013-ci ilin avqust ayında Salmanovlar köhnə mənzillərini satdılar və satın aldıqları daha geniş olan yeni mənzilə köçdülər. İki il sonra onlar mənzilin faktiki olaraq başqası tərəfindən də alındığını iddia edən və yaşamaq üçün 10 gün verən Ədliyyə Nazirliyinin icra məmurlarının ziyarətini qəbul etdilər. Salmanovlar öz alış sənədini göstərəndə rəsmilər səhv anlaşılma üçün üzr istədilər və  çıxıb getdilər. Beləliklə ailə mənzilin boşaldılması haqqındakı növbəti xəbərdarlıqları rədd etdi. Yenə də eyni rəhbər orqanların növbəti ziyarəti  onları bütün əşyaları ilə mənzilin qapısından çöldə qoydu .

“Soyuq gəlməmişdən öncə yay ərzində dəhlizdə yaşamaq çox çətin deyildi, biz ümid edirdik ki, problem tezliklə həll oluna bilər” Niyazi Salmanov belə deyir. Bu həll edilmədi. Onlar aldıqları mənzilin önündə 6 ay düşərgə saldıqdan sonra köçməyə və eyni binadan mənzil kiralamağa məcbur oldular.

“İçəri girəndə ayaqqabılarını soyunma. Mən buranı təmizləmirəm,” kirayə götürülən yeni evdə gəzərkən Fəridə Salmanova mənə müraciətlə deyir.

Onların o yeri mümkün qədər tez tərk etmək üçün hazır olduqları aşkardır. Əksər əşyaları qutularda paketlənmiş, bükülmüş və döşəməyə qoyulmuşdu. Ən çox nizama salınmış əşyalar isə 2 ədəd mənzil və məhkəmə qərarları ilə bağlı bütün qeydlərlə dolu böyük kağız qovluq lar idi. Fəridə istənilən kağızı harda tapacağını dəqiq bilirdi.  

Məsələ aydın idi. İkinci alıcı Mənzil Tikinti Komitəsinin köhnəlmiş möhürü ilə, yalnış soyad və komitə sədrinin imzası, eləcə də bir çox digər uyğunsuzluqlarla mənzilin sahibi olmasınıasan sübut edəcək saxta sənədlərlə təmin edildi. Yeni sahibləri mənzilin adlarına keçirilməsi üçün Bakı Yasamal rayon məhkəməsinə saxta sənədləri təqdim etdi və uddu. Salmanovlar çıxarıldı. Ailə daha sonra eyni saxta sənədlərin surətlərini topladı və  rayon məhkəməsinin qərarını ləğv etdirən apellyasiya məhkəməsini uddu. İkinci alıcı birbaşa Ali Məhkəməyə gedərək Apellyasiya məhkəməsinin qərarının ləğv olunmasına və işin geri qaytarılmasına nail olub.

Dörd məhkəmə prosesindən sonra Salmanovlar mülkiyyət hüquqlarından mərhum edilib. Ancaq ailənin mübarizəsi bitməyib və onlar yenidən Ali Məhkəməyə müraciət edəcək.

İqtisadçı Zöhrab İsmayıl deyir ki,  Azərbaycandakı Mənzil-Tikinti Komplekslərinin çoxu özəl mülkiyyətdə deyil, binalar mənzil kooperativi, yəni şirkət və vətəndaş arasında adi müqaviləyə əsaslanan kimi tikilir.

“ Beləliklə də, yeni binalardan mənzil alıram deyənlər, əslində sadəcə kooperativ mənzil tikintisinə pul ödəyir. MTK-lar bunu ona görə edir ki, vergidən yayınsınlar, hökumət də bunu bilir və imkan yaradır. Belə olan halda da, MTK müqavilə sahiblərini aldatmağa imkan əldə edir və bir mənzili bir neçə şəxsə "satır". Bunu reputasiyası ilə maraqlanmayan MTK-lar edirlər”.

Zöhrab İsmayılovun sözlərinə görə,  əgər bir sıra başqa ölkələrdə olduğu kimi, yeni tikilən binalardan ev alanlar dərhal mülkiyyət hüququ qazansalar və onların bu hüquqi dövlət reyestrlərindən qeydiyyatdan keçsə belə problemlər yaşanmaz.

“Bu problem daha çox Bakıda yayılıb, çünki yeni binalar daha çox Bakıda tikilir. Ancaq regionlarda bu problem var,” deyə iqtisadçı bildirir.

“ Ümumiyyətlə, xüsusi mülkiyyətin qeydiyyatı, daşınmaz əmlakın əldə edilməsi, tikintiyə icazə və qeydiyyatı ilə bağlı Azərbaycandan hüquqi boşluq, bürokratik əngəllər və korrupsiya böyük problemlər yaradıb. Bunun da nəticəsində torpaqların zəbt olunması, qanunsuz tikinti və tikintinin qeydiyyata alınmaması geniş yayılıb,” Ismayılov deyir.

Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Şöbəsindən rəsmi şərh almaq mümkün olmayıb.
Ancaq yaxınlaşdığım üç işçi mənimlə könülsüz olaraq danışdı. Bir məmur belə problemlərin Bakıda "kütləvi" xarakter daşıdığını deyərək qeyd edir ki, şöbə bu məsələni  yanaşmanın necə və niyə aydın nəticələr əldə olunmamasının detallarına varmadan nəzərdən keçirir.
Danışdığım digər mənbə deyir ki, qeydiyyatda olmayan tikililərlə problemin həlli hökumətin xeyrinə olduğu kimi, əmlak vergisinin ödənilməsilə nağd pulların əhəmiyyətli axınını təmin edəcək.
Üçüncü məmur isə mövzu ilə bağlı şərh verməkdən imtina edib və qeyd edib ki, onun yerinə işlədiyi qurum da eyni davranardı.

 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “prosesdə şəffaflığın çatışmazlığına, milli qanunda hüquqi bazanın olmamasına və  müsadirə üzrə mövcud milli qanunun 5 müddəasının pozulmasına” xüsusi işarə edərək Azərbaycanda mülkiyyət hüquqları haqqında narahatlıqlarını ifadə edib. 2016 Beynəlxalq Mülkiyyət Hüquqları indeksi mülkiyyət hüquqlarının qiymətləndirilməsində Azərbaycanı dünya səviyyəsində aşağı çəkərək onu 129 ölkədən 103-cü sırada yerləşdirib.

Bakıda bütün binalar qeyri-rəsmi şəkildə “köhnə” və “yeni” olaraq bölünüb. Keçmiş Sovet tipli bina blokları, ümumilikdə  xruşovka və ya stalinka kimi tanınır ,  yen tikililər isə 2000-ci ilin əvvəlindən  novostroykalar, göydələn və ya yeni tikili adlandırılıb.

Bakı Şəhərsalma və Arxitektura Departamentinə görə paytaxtdakı göydələnlərin yalnız üçdə biri rəsmi qeydiyyatdan keçirilib və onların alıcılarına satın almanı sübut edən sənədlər verilə bilər.  Bu cür fırıldaqçılıq elə çox yayğındır ki, 2015-ci ildə Ilham Qasimov tərəfindən  Oğlan evi: Azərbaycansayağı qarət (The groom’s house: Azerbaijani style robbery) komediya filmi də bu mövzuda çəkilib.  

Bütün bunlara nəzər yetirdikdə anlayıram ki, valideynlərim daha şanslı idilər. Biz problemi erkən üzə çıxardıq və məhkəmə yolu ilə  qondarma dostlarımız ilə 3 illik mübarizədən sonra nəhayət öz mənzilimizə girmək hüququmuz bizə verildi.

Mənzilə daxil olduqda heyranlıq hissi yaşadıq. Mənzili heç nə ilə tərk etsək də, indi boş beton divarlar tam təmir edilmişdi, divarlar üzlənmişdi, tavandan sallanan parlaq çilçıraqlar var idi.

Bugün etibarı ilə biz hələ də bilmirik ki, kim bu qədər mənzilimiz üzərində işləyib və içərisində yaşayıb. Ola bilsin ki, bu insanlar da həmçinin hazırda pozulmuş mülkiyyət hüquqları üçün mübarizə aparırlar.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları